Qahirədə güclü partlayış: 3 ölü, 45 yaralı - YENİLƏNİB
24 yanvar 2014 13:50 (UTC +04:00)

Qahirədə güclü partlayış: 3 ölü, 45 yaralı - YENİLƏNİB

Misirin paytaxtı Qahirədə güclü partlayış baş verib.


 

APA-nın “Al Arabiya” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 6.30-da polis qərargahı qarşısında baş verib.

 

Hələlik 3 nəfərin həlak olduğu, 45-dək insanın yaralandığı açıqlanıb.

 

Hadisə şahidlərin sözlərinə görə, partlayışdan sonra binaya naməlum şəxslər tərəfindən atəş açılıb.

 

Qeyd edək ki, son günlər Misirdə polis əməkdaşlarına qarşı terror aktların sayı artmaqdadır. Belə ki, bu həftə maskalı silahlı şəxslər beş polis əməkdaşını qətlə yetiriblər.

 

Misirin Beni Suef vilayətində hücum nəticəsində isə iki polis əməkdaşı yaralanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar