Hindistandakı qaçqın düşərgələrində ən azı 34 uşaq ölüb. Lent.az-ın Rusiya KIV-ə istinadən məlumatına görə, uşaqların 12-dən yuxarı yaşı olmayıb.
Məlumata görə, onlar indus və müsəlmanlar arasındakı toqquşmalar səbəbindən Uttar-Pradeş ştatındakı evlərini tərk edərək ailələri ilə Müzəffərnaqar dairəsindəki 5 düşərgədə məskunlaşıblarmış. Uşaqların yatalaqdan öldükləri bildirilir.