Pyatiqorskda fövqəladə vəziyyət rejimi tətbiq edilib
28 dekabr 2013 04:15 (UTC +04:00)

Pyatiqorskda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Dövlət Yol Polisi idarəsi binasının yaxınlığında baş vermiş partlayışdan sonra Pyatiqorsk şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatla şəhər başçısı Lev Travnev çıxış edib.

 

«Fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul etmişik. Bütün kommunal xidmətlər gücləndirilmiş iş rejimində işləyir»-deyə, o, vurğulayıb.

 

Polis isə öz növbəsində şəhərdə baş verən partlayış nəticəsində üç nəfərin həlak olduğunu bildirib.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti avtomobilə əldəqayırma partlayıcı qurğunun quraşdırıldığını müəyyənləşdirib.

 

Xatırladaq ki, yerli hüquq –mühafizə orqanları bir müddət öncə olayı «terakt» adlandırmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar