Putinin əmisi oğlu işdən çıxarılıb
26 dekabr 2013 07:49 (UTC +04:00)

Putinin əmisi oğlu işdən çıxarılıb

Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu 36 yaşlı Roman Putin işdən çıxarılıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, o, deyib ki, bununla  «prezident ailəsindən qisas alınır».

 

Mənbə xatırladıb ki, bir müddət öncə Novosibirski vilayətinin qubernatoru Vasili Yurçenko Roman Putini öz müşaviri vəzifəsindən azad edib.

 

Prezidentin qohumunun sözlərinə əsasən, 2012-ci ilin ortalarında qubernator onu «israrla işə» dəvət edib.

 

«Birinci işgüzar təmaslardan sonra Yurçenkonun administrasiyası ilə aramızda anlaşılmazlıq yarandı. Görünür, qubernatora gerçək işdənsə, təbliğat üçün hay-küylü layihələr lazım imiş. Bunu bölgənin inkişafına səmərəsiz hesab edirəm. Yurçenko isə məni bir ildən artıqdır qəbul etmirdi»  -deyə, Roman Putin bildirib.

 

O, qeyd edib ki, Dövlət Şurasının iclasında «Yurçenko anlaşılmaz təşəbbüslərlə çıxış etdi». Onun qənaətincə, bununla da qubernator «ailəmizdən intiqam almaq istəyirdi».

 

Xatırladaq ki, əvvəllər o, Ryazan şəhər başçısının təhlükəsizlik üzrə müşaviri işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573
avatar

Oxşar yazılar