ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə iqtisadi əlaqələr, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Görüş zamanı geniş əhatəli məsələlər müzakirə ediləcək. O cümlədən iqtisadı əlaqələr, Ukrayna və Suriyada vəziyyət, eləcə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsinə toxunulacaq”, deyə M.Pens qeyd edib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin iyul ayında görüşü planlaşdırılıb.