Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdilər
19 dekabr 2016 00:43 (UTC +04:00)

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdilər

0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Suriyanın Hələb şəhərindən insanların təxliyəsi ilə bağlı ziddiyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

 

Tərəflər həmçinin əhalini humanitar yardımla təmin etmək üçün səylərin artırılması, Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılmasının vacibliyini qeyd ediblər. Məlumata görə, Putin və Ərdoğan həmçinin Astanada Suriya hökumət və müxalifət nümayəndələri arasında görüşün keçirilməsini müzakirə ediblər.

 

Məlum olduğu kimi, bundan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Putin və Ərdoğanla Astanada Suriyaya üzrə görüşün keçirilməsinin mümkünlüyü müzakirə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar