Nikol Kidman qızları ilə İslandiyada KEF ELƏDİ  -FOTOLENT
19 avqust 2026 12:15 (UTC +04:00)

Nikol Kidman qızları ilə İslandiyada KEF ELƏDİ -FOTOLENT

0

Hollivud ulduzu Nikol Kidman qızları və bacısı ilə İslandiyaya yollanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı aktrisa ailə tətilindən çəkilən fotoları sosial şəbəkə hesabında yayımlayıb.

Kidman İslandiyanın mənzərəli ərazilərində, yaxtanın göyərtəsində və açıq havada yerləşən isti hovuzda çəkilmiş görüntülərini izləyiciləri ilə bölüşüb. O, səfəri “ömürlük yadda qalacaq tətil” adlandıraraq İslandiyaya sevgisini ifadə edib.

Aktrisanı səfərdə bacısı, avstraliyalı jurnalist və televiziya aparıcısı Antoniya Kidman, həmçinin qızları 18 yaşlı Sandi Rouz və 15 yaşlı Feyt Marqaret müşayiət ediblər.

Paylaşımlarda Kidmanın təbii, buruq saçları da diqqətdən yayınmayıb. Pərəstişkarları bu görünüşün aktrisanın 1990-cı illərdəki stilini xatırlatdığını bildirərək ona çoxsaylı təriflər yazıblar.

Qeyd edək ki, Nikol Kidman Sandi Rouz və Feyt Marqaretin atası, müğənni Kit Urbandan 2025-ci ilin sentyabrında ayrılıb. 19 il evli qalan cütlüyün boşanması 2026-cı ilin yanvarında rəsmiləşib. Onlar qızları ilə bağlı birgə valideynlik planı üzrə razılığa gəliblər.

Kidmanın keçmiş həyat yoldaşı Tom Kruzdan da Bella adlı qızı və Konnor adlı oğlu var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar