Rusiya prezidenti Vladimir Putin cari il dekabrın əvvəllərində Ermənistana səfər edəcək. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbər verib.
O, bu haqda erməni həmkarı Edvard Nalbandyanla müzakirə apardığını bildirib.
Lavrov deyib ki, Ermənistanın Avroasiya İqtisadi komissiyası ilə bağlı danışıqlara başlanılması və Gömrük İttifaqına daxil olması prosesi tam sürətlə irəliləyir. «Biz bu prosesin vaxtında başa çatması üçün hər cür yardım edirik».