Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu sutka ərzində iki terror aktının baş verdiyi Volqoqrada göndərib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu prezidentin köməkçisi Dmitri Peskov deyib.
Prezidentlə görüşdə A. Bortnikov və daxili işlər naziri Vladimir Kolokoltsev Dağıstan və Stavropol diyarında dekabrın 20-30-da keçirilmiş əməliyyatlar zamanı bir neçə terrorçunun məhv edildiyi haqda dövlət başçısına məruzə ediblər.