“Rusiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudendən ABŞ kəşfiyyatının Rusiya istiqamətində fəaliyyətinin detalları haqda məlumat almağa cəhd etməyib”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu prezident Vladimir Putin Moskvada keçirdiyi geniş mətbuat konfransında jurnalistlərin sualına cavabında deyib.
“Sizə peşəkar dildə deyim: operativ planda biz onunla işləmirik və heç vaxt işləmədik. Biz ona vaxtilə çalışdığı xidmətdə Rusiya istiqamətində nələr edildiyinə və necə edildiyinə dair suallarla müraciət etmirik”, deyə o, söyləyib. V. Putin E. Snoudenə kömək etmədiklərini və mane olmadıqlarını, sadəcə, ona sığınacaq verdiklərini bildirib.