Hakimlər və Prokurorlar Yüksək Qurumu tərəfindən İstanbul baş prokurorluğundan azad edilərək, Bakırköy prokuroru təyin edilən Zəkəriyyə Öz barəsində irəli sürülən iddialarla bağlı ittiham irəli sürüb.
Lent.az-ın «DNA»-ya istinadən məlumatına görə, o, iddialarla bağlı ərizəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mitinqdə ona qarşı dediyi sözləri dəlil olaraq, göstərib.
Zəkəriyyə Öz ona qarşı yönələn iddiaları əsassız sayaraq, barəsində deyilənlərlə bağlı cinayət işi açılmasını tələb edib. O, barəsində söylənilənlərə görə Ərdoğana qarşı bu ittihamları irəli sürüb: «Vəzifədən sui-istifadə, böhtan, təhqir, hədəf göstərmə və şəxsi məlumatları qanunsuz yolla əldə etmək və yaymaq».
Xatırladaq ki, bir müddət öncə Z.Öz onun yanına baş nazirin iki nəfər göndərdiyini və R.T.Ərdoğanın onu hədələdiyini iddia etmişdi.
Onun bu iddialarına cavab olaraq, Ərdoğan «hamısı iftiradır» demişdi.