Prezidentliyə namizədin qərargahına basqın: iki nəfər güllənib
02 fevral 2014 02:29 (UTC +04:00)

Prezidentliyə namizədin qərargahına basqın: iki nəfər güllənib

Əfqanıstan prezidentliyinə namizəd, ölkənin keçmiş xarici işlər naziri Abdulla Abdullanın seçki qərargahının iki əməkdaşı naməlum şəxslər tərəfindən güllələnib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay Herat əyalətində, qərargahın başçıs ilə daha bir əməkdaşı ofisdən çıxarkən baş verib.

 

Basqının məsuliyyətin hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

 

«Seçki öncəsi baş verən bu hadisə sübut edir ki, ya hakimiyyəti siyasi kampaniyanın təhlükəsizliyin təmin etmək iqtidarında deyil, ya da öz işinə ciddi yanaşmır» - deyə, A.Abdullanın mətbuat katibi bildirib.

 

Fevralın 2-dən seçki kampaniyası başlayır. Apreldə keçirilməsi nəzərdə tutulan seçkidə 11 namizədin iştirakı gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar