Prezidentin müavini istefa verib
22 dekabr 2012 21:12 (UTC +04:00)

Prezidentin müavini istefa verib

0

Misirdən yayılan xəbərlərə əsasən, ölkə prezidentinin müavini Mahmud Mekki istefa verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hələlik xəbəri rəsmi mənbələr təsdiqləməyib.

 

Misirin Kütləvi İnformasiya Vasitələri də istefanın səbəbi haqda münasibət bildirməyib.

 

M.Mekki 2012-ci il avqustun 12-də bu postu tutub.

 

Onu da qeyd edək ki, ölkədə yeni Ana Yasa ilə bağlı keçirilən referendumda səsvermənin ikinci turu keçirilir. Yeni Əsas Qanun layihəsinin tərəfdarları ilə  əleyhdarları arasında  toqquşma baş verib. Səsvermə 17 əyalətdə keçirilir. Onu təhlükəsizliyini 250 min hərbi təmin edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1300

Oxşar yazılar