İran prezidenti Həsən Ruhaninin qadın, ailə məsələləri üzrə müavini Şahindoxt Mövlaverdi hakimiyyətin yüksək eşalonunda qadınların az təmsil olunduğunu bildirib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, deyib ki, bu problemlə İslam Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək qurultayına hazırlıq zamanı qarşılaşıblar.
Prezident müavini vurğulayıb ki, yalnız keçmiş prezident Mahmud Əhmədinejadın hökumətində səhiyyə naziri qadın olub – Mərziyyə Dəstceri.