Prezidentdən Kolumbiya inqilabçılarına xəbərdarlıq
20 yanvar 2013 07:05 (UTC +04:00)

Prezidentdən Kolumbiya inqilabçılarına xəbərdarlıq

Kolumbiya prezidenti Xuan Mauel Santos FARK ((Kolumbiya  Silahlı İnqilabçı Qüvvələr) qruplaşmasına müraciət edərək, onları döyüşü bərpa etməkdən çəkinməyə çağırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən hakimiyyətlə üsyançılar arasında əldə edilmiş anlaşmaya əsasən, yanvarın 20-də müvəqqəti atəşkəsin müddəti başa çatır.

 

FARK-ın təmsilçisi bildirib ki, bir tərəfli atəşkəs iki ay öncə qəbul edilib.

Bununla  belə Kolumbiya hakimiyyəti danışıqlar zamanı hərbi əməliyyatları dayandırmaqdan imtina edib. Hakimiyyət bildirib ki, sol radikal üsyançılar bundan yenidən silahlanmaq üçün yararlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar