Son iki ildə Portuqaliyadan ölkə vətəndaşlarının 2 faizi mühacirət edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb ölkə iqtisadiyyatının son on illərdə kəskin düşməyə başlaması göstərilir.
Dövlət katibi Joze Sezario bildirib ki,mühacirlərin çoxu ali təhsilli gənclərdir. Onların çoxu İsveçrədə və ya Portuqaliyanın keçmiş müstəmləkəsi Anqolada özünü işlə təmin edib.
Məmurlar iddia edib ki, əgər Avropa Birliyinə üzv başqa dövlətlərdə iş təklif olunsa idi, o zaman mühacirlərin sayı qat-qat çox olardı.
Portuqaliyada uzun illər mühacirətin sayı çox olub. Ancaq 1990-cı illərdə bu proses dayanıb. Bu həm də ölkə iqtisadiyyatının artması deməkdir.