Poroşenko qismən səfərbərlik elan edib
22 iyul 2014 02:42 (UTC +04:00)

Poroşenko qismən səfərbərlik elan edib

0

Ukrayna prezidenti Pyotr Poroşenko ölkə parlamentinə təsdiq üçün qismən hərbi səfərbərliklə bağlı fərman təqdim edib.

 

Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, sənəddə bildirilib ki, Ukrayna ərazisində terrorçuluq genişləndiyi, ölkənin sərhədinə Rusiya qoşunları cəmləndiyi, eləcə də ölkənin müstəqilliyi təhdid edildiyi üçün qismən səfərbərlik elan edilib.

 

Qeyd edək ki, Ukrayna hakimiyyəti rusiyayönlü separatçıları “terrorçu” adlandırır.

 

Onu da xatırladaq ki, artıq bu ilin martında ölkə ərazisində bir dəfə ümumi səfərbərlik elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 952

Oxşar yazılar