Ukrayna prezidenti Viktor Yanukoviçin Polşa, Fransa və Almaniya xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü baş tutmayıb.
APA-nın məlumatına görə, Polşa XİN başçısı Radoslav Sikorski “Twitter” akkauntunda yazıb ki, prezident iqamətgahında planlaşdırılan görüş başqa yerdə keçiriləcək.
“Prezident sarayının ətrafını qara tüstü bürüyüb, partlayış və atışma səsləri eşidilir. Görüş başqa yerə keçirilib. Məmurlar təşvişdədir”, - deyə o bildirib.