Polşa və Litva «İskander»dən ehtiyatlanır
17 dekabr 2013 06:46 (UTC +04:00)

Polşa və Litva «İskander»dən ehtiyatlanır

Polşa və Litva rəsmiləri Rusiyanın Kalininqrad vilayətində «İskander» zenit-raket qurğusunun yerləşdirilməsinin mümkünlüyü ilə bağlı rahatsızlıqlarını bildiriblər.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Litvanın müdafəi naziri Yuozas Olekas bildirib ki, bölgə silahlandıqca, ratahsızlıq artacaq.

 

Rusiyanın Müdafiə Nazirliyi qeyd edib ki, «İskander»i ölkənin Qərbi hərbi dairəsi sifariş verib. Ancaq qurum kompleksin yerləşdiriləcyi yeri dəqiq bildirməyib.

 

Mənbə xatırladıb ki, Moskva ABŞ-ın Avropada Hava Hücumundan Müdafiə sisteminə cavab olaraq, Avropa ilə sərhəddə  «İskander» raket kompleksini yerləşdirə və başqa tədbirlər görə bilicəyini bəyan edib.

 

 

Xatırladaq ki, Rusiya Avropa Birliyi (AB) sərhədində «İskander» taktiki raket kompleksini yerləşdirdiyi ilə bağlı xəbəri 

Almaniyada çıxan «Bild» qəzeti xəbər çap edib.

 

«Radio France İnternational» bildirib ki, bu, peykdən aparılan video çəkilişdən də görünür.

 

 

Mənbə bildirib ki, Rusiya «İskander»i iki il ərzində Kalininqradda, Estoniya, Latviya və Litva ilə sərhədində quraşdırılıb.

 

 

 

«İskander»-lərin fəaliyyət radiusu Polşanın bütöv ərazisinə, eləcə də nəzəri cəhətdən Berlinədək gedib, çatır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar