Planşetini qırdığına görə 4 yaşlı uşağı öldürdü
29 sentyabr 2014 16:08 (UTC +04:00)

Planşetini qırdığına görə 4 yaşlı uşağı öldürdü

Taylandda 4 yaşlı uşaq öldürülüb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Surat-Tani şəhərində 19 yaşlı gənc oğlan 4 yaşlı uşağı planşetini qırdığına görə qətlə yetirib.

 

Hadisəni törədən şəxs saxlanılıb və o, meyiti gizlətdiyi yeri deyib. Uşağın meyiti şəhər məktəbinin 100 metr kənarında tapılıb.

 

Meyitin üzərində, xüsusi ilə üz və bel nahiyəsində zərbə izləri aşkarlanıb. Həkimlərinin verdiyi rəyə görə, azyaşlı qaraciyərindəki daxili qanaxma nəticəsində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2721
avatar

Səlcuq Elçin

Oxşar yazılar