Terrorçu PKK-nın liderinin müavini Murad Qarayılanın qardaşı Bazan Qarayılan Türkiyənin Qaziantəp əyalətinin Şəhidkamil rayonunun bələdiyyə sədrliyinə namizəd irəli sürülüb.
Lent.az-ın Türkiyə «DHA»-sına istinadən məlumatına görə, Türkiyədə yaşayan kürd etnik qrupunun təmsilçisi sayılan BDP-nin sədri Səlahəddin Dəmirtaş dekabrın 26-da Diyarbakırda onun da adının bələdiyyə sədrliyinə namizədlər arasında çəkib.
Bozan Qarayılan BDP-nin Şanlıurfadakı yerli məclisinin üzvüdür. Onun Birəcik qəsəbəsinin Qonaq kəndində fermer təsərrüfatı olduğu da bildirilib.