BMT pilotsuz uçan aparatların (PUA)uçuşunun tətbiqi nəticəsində bir sıra dövlətlərdə,o cümlədən Pakistan, Əfqanıstan,Somali və Yəməndə dinc əhalinin həlak olması faktlarının araşdırıldığını elan edib.
Lent.az-ın «BBC»-ə istinadən məlumatına görə,araşdırmaya britaniyalı hüquqçu Ben Emerson başçılıq edəcək. O, bildirib ki, pilotsuz uçan aparatların endirdiyi 25 zərbə diqqət mərkəzində olacaq. Onlardan biri 2011-ci ildə Pakistana ABŞ-ın PUA-sı tərəfindən atılan raket nəticəsində 40 nəfər yerl dinc sakin həlak olmuşdu.
Emersonun sözlərinə əsasən, ABŞ araaşdırma ilə bağlı əməkdaşlıqdan imtina etmir.