Suriyada peyvənd kampaniyasında 20 uşaq ölüb. Lent.az-ın məlumatına görə, İdlib şəhərində UNİCEF və Dünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən peyvənd kampaniyası keçirilib.
Müvəqqəti hökümətin Səhiyyə Nazirliyindən yayılan məlumata görə, İdlibdə və onu qonşu ərazilərdə bir milyondan çox uşaq peyvənd olunub. 1-5 yaşlarında 20 uşaq peyvənd ediləndən 15 dəqiqə sonra həyatını itirib.
Bundan sonra peyvənd prosesi dayandırılıb. Peyvəndin tərkibi yoxlanılır.