ABŞ prezidenti Barak Obama ölkənin 2013-cü il üçün müdafiə büdcəsi haqqında qanunu imzalayıb.
APA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi – Pentaqonun bu ilə nəzərdə tutulan büdcəsi 633 milyard dollar təşkil edəcək.
Qanun ötən ilin dekabrında Konqresdə qəbul olunub. ABŞ administrasiyası əvvəlcə Pentaqonun büdcəsini 614 milyard dollar həcmində planlaşdırırdı, lakin hərbçilərin pul təminatının 1,7% artırılması planı ilə əlaqədar büdcə də artırılıb.
Sənəd ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının maliyyələşdirilməsi və Senatın İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketinin həyata keçirilməsini də nəzərdə tutur. Qanunda Rusiyanın “Rosoboroneksport” dövlət şirkəti ilə sövdələşmələrə qadağa qoyulub.