Pentaqonun başçısı Çak Heygel rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında bildirib ki, ABŞ terrorçuluğa qarşı mübarizədə, özəlliklə terror aksiyalarının qarşısının alınmasında Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, amerikalı nazir Volqoqrada baş verən terror aksiyası ilə əlaqədar baş sağlığı verib. O, terror təhlükəsinin aradan qaldırılması, özəlliklə Soçi olimpiadası öncəsi qarşılıqlı əməkdaşlığı fəallaşdırmağa hazır olduqlarını vurğulayıb.
Nazirlər bu ilin fevral-mart ayları arasında daha bir telefon danışığı keçirməyi qərarlaşdırıb.