ABŞ-ın müdafiə naziri Çak Heygel Əfqanıstan prezidenti Həmid Karzaya təhlükəsizlik haqda razılaşmanı imzalamaq üçün müraciət edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu sənədə imzalanarsa, o zaman 2014-cü ildən sonra Pentaqon hərbçilərinin bir hissəsini Əfqanıstandan saxlaya bilər.
Heygelin sözlərinə görə, Karzayın qeyri-müəyyən mövqeyi ABŞ hərbçilərinin bu ölkədə qalması planını pozur.
Əfqanıstan prezidenti ABŞ-dan «Taliban» hərəkatı təmsilçilərinin danışıqlar masasına oturdulmasını və ölkənin yaşayış məntəqələrində hərbi reydləri dayandırmasını istəyir.
Öncədən əldə edilən razılaşmaya əsasən, NATO hərbçiləri 2014-cü ilin dekabrınadək bu ölkənin ərazisini tərk etməlidir.