ABŞ-ın keçmiş müdafiə naziri Robert Geytsin bu yaxınlarda işıq üzü görmüş kitabında Əfqanıstana da geniş yer verilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Pentaqonun keçmiş başçısı yazıb ki, 2009-cu ildə Əfqanıstan keçirilən prezident seçkisində Həmid Karzayın qələbə qazanmasını başçılıq etdiyi qurum əngəlləməyə çalışıb.
R.Geyts bu məsələdə Əfqanıstan və Pakistan üzrə məsul Riçard Holbrkun fəaliyyətindən yazıb: «Holbruk Karzayın məğlubiyyəti üçün bütün imkanlardan istifadə edib. O, seçkidə etimad qazanan namizədin qələbə qazanmasına cəhd göstərirdi. Bu, seçkidə ikinci turun keçirilməsi demək idi. İkinci turda isə Karzay uduzacaqdı».
O, qeyd edib ki, ABŞ Əfqanıstanda sabitliyin olması ilə yanaşı, istənilən namizəddən birinə yardım etməkdənsə, demokratik seçkinin keçirilməsində daha çox maraqlı idi.
Bu səylərə baxmayaraq, 2009-cu ildə Əfqanıstandakı prezident seçkisində Həmid Karzay qələbə qazandı. Onun rəqibi isə ölkənin keçmiş xarici işlər naziri Abdulla Abdulla olub.