Leon Panetta: “Əsəd rejiminin çökməsi an məsələsidir...”
ABŞ müdafiə naziri Leon Panetta sürpriz bir şəkildə Türkiyəyə gəlib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Leon Panetta İncirlikdəki ABŞ hərbi bazasında 1,5 saat qalıb, saat 14:55 radələrində mülki bir təyyarə ilə Türkiyədən ayrılıb.
ABŞ müdafiə naziri NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirməyi planlaşdırdığı “Patriot” ballistik raket kompleksləri barədə də danışıb. O, ABŞ-ın Türkiyə-Suriya sərhədində yerləşdirilməsi üçün 2 “Patriot” batareyası və 400 əsgər göndəriləcəyini və bununla da Suriyadan raket təhdidinə qarşı Türkiyənin müdafiə sisteminə malik olmasına yardım edəcəklərini söyləyib. O qeyd edib ki, Suriyada müxaliflərin arasında siyasi təşkilatlara liderlik edə biləcək şəxslərin müəyyənləşməsi üçün təlim və silahsız dəstək verirlər: “Suriyada Bəşər Əsəd rejiminin çökməsi an məsələsidir. Suriya xalqının haqlarını və azadlığını qoruyacaq keçidi təmin edəcək bir müxalifət və müxalif liderlər olmasını arzulayırıq”.