Moskva şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk Qərbi Biryulevo rayonundakı Pokrov meyvə-tərəvəz bazasının fəaliyyətinin bərpa olunduğu haqda xəbəri təkzib edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A. Nemeryuk bazanın bağlı olaraq qaldığını söyləyib. O, şəhər hökumətinin bazanı satın alıb-almayacağı haqda sualı belə cavablandırıb: “Yox, biz ondan başqa cür istifadə edəcəyik”.
Pokrov bazasının fəxri prezidenti Maqomed Tolboyev də bazanın açılacağı haqda hər hansı informasiyaya malik olmadığını bildirib.
***
saat 15:27
Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılmış meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ticarət obyektinin yanvarın 15-dən fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb.