Pakistanın Karaçi şəhərində partlayış baş verib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qanlı olay nəticəsində 3 nəfər həlak olub, 10 nəfərə yaxın yaralanıb.
Mənbə bildirib ki, şəhərdə bir neçə min polis patrul xidməti çəkir.
Ölkənin bir çox şəhərində cib telefonları bağlanıb. Motoskletlərin arxa oturacağında oturmaq qadağan edilib. Çünki bir qayda olaraq, yaraqlılar orada oturub, dinc əhaliyə atəş açır.