Pakistan hakimiyyəti yaraqlı qrupların yaradılmasında iştirakda şübhəli bilinən 700-dək insanın ölkə həbsxanalarında saxlanıldığını etiraf edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin baş prokuroru İrfan Qadir Ali məhkəmədəki dinləmələrdə deyib ki, talibana qarşı hərbi əməliyyatlar başa çatanadək həmin şübhəlilər mərkəzdə saxlanılacaq.
Hakim isə cavab olaraq, bildirib ki, bütün hallarda istintaq aparılmalı, günahsızlar buraxılmalıdır.