Pakistan hakimiyyətinin təmsilçiləri ilə «Taliban» hərəkatı nümayəndələri arasında İslamabada keçirilən danışıqların birinci mərhələsi başa çatıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, danışıqlar zamanı silahlı mübarizənin dayandırılması məsələsi müzakirə edilib.
Mənbə bildirib ki, müzakirələr üç saata yaxın sürüb. Tərəflər danışıqların gələcəkdə də davam etdirilməsi haqda razılığa gəlib.
Taliblərin təmsilçiləri danışıqların gedişi haqda hərəkatın rəhbərliyinə hesabat verəcək.
Mənbənin məlumatına əsasən, pakistanlıların çoxu bu təması hakimiyyətin zəifliyi kimi dəyərləndirir.