Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  rəsmən çıxdı
19 dekabr 2012 15:18 (UTC +04:00)

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxdı

0

KTMT-nın bu qərarını Belarus prezidenti Aleksandr Lukaşenko açıqlayıb

 

Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü rəsmən dayandırılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə keçirilən KTMT-yə üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. O, Özbəkistanın qurumda fəaliyyətini dayandırmaq barədə KTMT-yə müraciət etdiyini, quruma üzv ölkələrin dövlət başçılarının müzakirələrdən sonra bu müraciəti qəbul etdiklərini deyib

 

Qeyd edək ki, Özbəkistan bu ilin iyununda KTMT üzvlüyündən çıxmaq barədə qurumun  katibliyinə rəsmi nota göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1187

Oxşar yazılar