Ömürlük iş alan amerikalı hərbçi özünü asıb
21 fevral 2014 07:43 (UTC +04:00)

Ömürlük iş alan amerikalı hərbçi özünü asıb

8 il öncə İraqda bir ailəni qətlə yetirdiyi və qadınları zorladığı üçün ömürlük azadlıqdan məhrum edilən ABŞ-ın keçmiş hərbçisi Stiven Qrin həbsxanada özünü asıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, məhkum cəzasını Arizona ştatının Tuson şəhərindəki həbsxanada çəkirmiş. Həbsxana rəhbəri deyib ki, 28 yaşlı Qrin fevralın 15-də kamerasında asılı vəziyyətdə aşkarlanıb.

 

İstintaq materiallarını əsasən, 2006-cı ildə Qrin və 3 həmkarı İraqın Mahumdiyyə yaşayış məntəqəsində evə basqın edərək, oradakı kişini, qadını və 5 yaşlı uşağı öldürüblər. Qrin və başqa bir hərbçi həmin evdəki 25 yaşlı qadını zorladıqdan sonra qətlə yetiriblər. Onlar hamısı bir ailənin üzvü olub.

 

Qrin suçunu boynuna almayıb. Ancaq sonradan cəzasının yüngülləşdirilməsi üçün istintaq orqanı ilə sövdələşib. 2006-cı ildə o, mülki məhkəmə qarşısına çıxarılıb. 2009-cu ildə barəsində ölüm hökmü çıxarılsa da, federal məhkəmə bunu ömürlük işlə əvəzləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar