Ollandın reytinqi rekord həddə aşağı düşdü
30 iyun 2016 02:53 (UTC +04:00)

Ollandın reytinqi rekord həddə aşağı düşdü

0

Prezident seçkilərinə bir ildən az müddət qalmış Fransa prezidenti Fransua Ollandın reytinqı 12%-dək enib.

 

APA-nın məlumatına görə, bu barədə “Figaro” qəzeti rəy sorğularını keçirən “TNS Sofres-Onepoint” şirkətinə istinadən yazıb.

 

Sorğunun nəticələrinə görə, fransızların  12%-i F.Ollandı qismən və yaxud tam şəkildə dəstəkləyir,  86%-i isə dəstəkləmir və yaxud Fransa prezidentini lider kimi qəbul etmir. Hazırkı reytinq Ollandın prezident kimi fəaliyyətə başladığı müddətdən bəri populyarlığının ən aşağı göstəricisidir.

 

Bununla belə, rəyi soruşulanların 20%-i baş nazir Manuel Valsı dəstəkləyib. Rəy sorğusu iyunun 23-27-də keçirilib. Fransada növbəti prezident seçkiləri 2017-ci ilin yazında baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar