Obamanın «Maqnitsk aktı»nı imzalamasını Rusiya pisləyib
15 dekabr 2012 00:15 (UTC +04:00)

Obamanın «Maqnitsk aktı»nı imzalamasını Rusiya pisləyib

0

Rusiyanın Xarici İşlə Nazirliyi ABŞ prezidenti Barak Obamanın «Maqnitski aktı»nı imzalamasından təəssüfləndiyini bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Moskva bəyan edib ki, Amerika hakimiyyəti Rusiyanı «soyuq savaş» illərində özünə rəqib görənlərə qarşı müqavimət göstərə bilməyib.

«ABŞ prezidenti Konqres tərəfindən bəyənilmiş bu iyrənc qanun çoxdan köhnəlmiş Cekson-Venika düzəlişini ləğv etsə də, Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiqini özündə əks etdirir. Belə həyasızlıq ikrah doğurmaya bilməz»-deyə, qurumun bəyanatında bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 885

Oxşar yazılar