ABŞ prezidenti Barak Obama Misirdəki xristianları müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcəyini boyun olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, İsa peyğəmbərin mövludu ilə bağlı ABŞ və dünyadakı pravoslav xristian-koptları təbrik edib.
«Biz Misirdəki və dünyadakı xristianların və başqa dinə inanların təhlükəsizliyini təmin etmək istiqamətində çalışırıq» -deyə, B.Obama bildirib.