Ağ ev prezident Barak Obamanın Səudiyyə Ərəbistanına səfəri ilə bağlı KİV-də yayılan informasiyanı təsdiqləyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Ər-Riyadda kral Abdulla ilə Yaxın Şərqdə starteji təhlükəsizliyi müzakirə edəcək.
Mənbə xatırladıb ki, son illər bölgə ilə bağlı müttəfiqlər arasında çoxsaylı fikir ayrılığının olduğu müşahidə edilib.
İranın nüvə proqramının da Obamanın kralla müzakirə edəcəyi ehtimal olunur.
2009-cu ildən sonra bu, ABŞ prezidentinin Səudiyyə Ərəbistanı ilk səfəridir.