ABŞ qaz emalı zavodunda girovların azad edilməsi əməliyyatında Əlcəzairin xüsusi xidmət orqanların istənilən yardımı etməyə hazırdır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Barak Obama açıqlama verib.
O, bildirib ki, ölkəsi terrorçuların Əlcəzairdəki fəaliyyətini «ən kəskin şəkildə mühakimə edir».
«Bölgədə terrorçuluğa qarşı mübarizə aparan tərəfdarlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik. Bu bir daha «əl-Qaidə» və Afrikanın şimalındakı silahlı ekstremist qrupların təhlükəli olduğunu bir daha xatırladır».