«Gələn il ABŞ üçün sıçrayış ili olmalıdır». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.
Bu tədbirdə sonra o, ailəsi ilə birlikdə Havaya bayram tətilinə gedib.
Onun çıxışı bütünlükdə ölkə iqtisadiyyatına həsr edilib. Obama nikbin danışıb. O, yeni iş yerlərinin açılacağından, iqtisadiyyatın inkişaf etdiyindən, ölkəsinin xaricdən energetika asılılığının azalmasından danışıb.
Xarici siyasətdən danışarkən əldə edilmiş razılıq nəticəsində «İranın nüvə silahı əldə edə bilməyəcəyindən», Suriyanın «kimyəvi silahının məhv edildiyini» vurğulayıb.
O, qeyd edib ki, 2014-cü ildə Amerika əsgərləri vətənə dönəcək: «Bütün bunlar diplomatiyanın uğurudur».
Mənbə bildirib ki, yerli müşahidəçilər 2013-cü ilin Obama üçün hakimiyyətdə olduğu illərdə ən çətini olub.