Nobel mükafatçısı İsrailin prezidenti olmaq istəyir
18 yanvar 2014 07:14 (UTC +04:00)

Nobel mükafatçısı İsrailin prezidenti olmaq istəyir

Kimya üzrə Nobel mükafatı laureatı, professor Daniel  Şextman İsrailin prezidenti olmaq uğrunda mübarizə aparmaq niyyətində olduğunu bildirib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda yanvarın 17-də ölkənin birinci kanalı «İTV» xəbər yayıb.

 

İsrail prezidentini ölkə parlamenti seçir. Onun  səlahiyyəti təmsilçiliklə məhdudlaşır.

 

İsrailin Hayfa «Texnion» universitetinin professoru Daniel Şextman 2011-ci ildə kimya üzrə Nobel mükafatına yarımkristallarla bağlı kəşfinə görə  layiq görülüb.

 

Şextman 1941-ci ildə Təl-Əvividə anadan olub. O, ABŞ-ın Energetika Nazirliyinə də işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar