Hindistanın azadlığı uğrunda mübarizə aparmış qandilər ölkənin indiki siyasi həyatında da fəallıqlarını davam etdirir.
Lent.az-ın «RİA-Novsoti»-yə istinadən məlumatına görə ,hakim Hindistan Milli Konqres Partiyasının lideri Soni Qandinin oğlu Rahul Qandi rəsmi olaraq, partiyanın sədr müavini təyin olunub.
«Mənim böyük təcrüəm var. Bu isə nəhəng partiyadır. Biz ölkəmizi dəyişə bilərik»-deyə, yeni müavin bildirib. Onun namizədliyini ölkənin müdafiə naziri A.K.Entoni irəli sürüb.
Rahul Qandinin 41 yaşı var. Mütəxəssislərin fikrincə, bununla partiya ölkədəki gəncləri öz ətrafına cəmləməyə çalışır.
Rahul Qandi ölkənin altıncı baş naziri Raciv Qandi və Soni Qandi oğludur. O həm də İndira Qandinin nəvəsidir. Rahul 2004-cü ildə siyasətə qoşulub. 2007-ci ildə Milli Konqres Partiyasını idarə edən orqanın –konqresin ümumhindistan komitəsinə başçılıq edib. O, həm də partiyanın gənclər qolunun rəhbəri olub.