Nepaldan  Britaniyaya  etiraz
05 yanvar 2013 04:30 (UTC +04:00)

Nepaldan  Britaniyaya  etiraz

Nepal hakimiyyəti Britaniyanın paytaxt Katmandudakı səfirinə etirazını bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rəsmi Nepal işgəncə ittihamı ilə vətəndaşının İngiltərədə həbsinə öz etirazının bəyan edib.

 

46 yaşlı nepallı yanvarın 3-də tutulub. Onun həbsi 10 il öncə Nepalda gedən vətəndaş müharibəsi ilə bağlıdır.

Nepalın Xarici İşlər Nazirliyi həbs olan polkovnik Kumar Lamanın «qanunsuz tutulduğunu» bildirərək, Britaniya hakimiyyətindən onu dərhal azad etməyə çağırıb.

 

Britaniya polisinin qanunlarına uyğun olaraq, London bildirib ki,Kumar Lama ədalətin universal prinsipləri əsasında İngiltərədə də mühakimə oluna bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar