Nelson Mandela cərrahiyyə əməliyyatı keçirib
16 dekabr 2012 02:49 (UTC +04:00)

Nelson Mandela cərrahiyyə əməliyyatı keçirib

0

Cənubi Afrika Respublikasının keçmiş prezidenti, irqçiliyə qarşı mübarizənin qəhrəmanı, Nelson Mandelanın öd kisəsindən cərrahiyyə yolu ilə daşı uğurlar çıxarıblar.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rəsmi açıqlamada əməliyyatın uğurla keçdiyini və cərrahiyyə müdaxiləsindən sonra Mandelanın yaxşılaşdığı bildirilib.

Xatırladaq ki, 94 yaşlı keçmiş dövlət başçısı ötən həftə infeksiyaya yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun bu gün xəstəxanadan çıxarılacağı haqda da xəbərlər yayılmışdı.

Ancaq müayinə zamanı onun öd kisəsində daş olduğu aşkarlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar