Meksikanın “Pemex” neftayırma zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 9 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin nümayəndəsi Viktor Kampero Harke bildirib.
O, insident nəticəsində fəhlə Alberto Araxuo Pinedanın öldüyünü təsdiqləyib.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.