Türkiyədə 17 dekabr əməliyyatı zamanı saxlanılan ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlu Abdullah Oğuz Bayraqdar sərbəst buraxılıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, nazir oğlu ilə yanaşı məhkəmə daha 14 nəfərə də xaricə getməyi yasaqlayaraq,sərbəst buraxıb.
***
01.58
Türkiyədə «korrupsiya əməliyyatı» ilə bağlı yeni xəbərlər yayılmaqdadır.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən, ölkənin maliyyə cinayətlərin araşdırma qurumunun başçısının müavini Faruk Əlieyioğlu tutduğu vəzifədən azad edilib.
O, rüşvət və korrupsiya ittihamı ilə saxlanılıb.
Məlumata əsasən, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan oğlu Saleh Kaan Çağlayan,şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlu Abdullah Oğuz Bayraqdar, iş adamı Rza Zərrabi, «Halkbank»ın baş direktoru Süleyman Aslan, Fateh bələdiyyəsinin sədri Mustafa Dəmirin də daxili olduğu 49 şübhəlinin işi 4 prokurorun səs birliyi ilə məhkəməyə verilib.
Tutulanların 22 –si isə sərbəst buraxılıb. Onların arasında Mustafa Behçet Kaynar, Adem Delgeç, Murat Yılmaz, Halil İbrahim Akkaya, Yücel Özçelik, Ercan Sağır ve Celalettin Habbani də var.