Suriya böhranı Cenevrədə gərgin şəraitdə keçir. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Türkiyə və Suriyanın xarici işlər nazirləri biri-birilərini terrorçuluqda ittiham ediblər.
Suriyanın xarici işlər naziri Muallim çıxışı zamanı bildirib ki, o terrorçuları dəstəkləyən ölkələrin nümayəndələri ilə bir arada oturub: “Suriyada inqilab deyil , terrorizm və xarici döyüşçülər var. Ərdoğanın başçılıq etdiyi Türkiyə hökuməti terrorçulara öz torpaqlarında təlim keçir".
Daha sonra çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ona sərt cavab verib, rəsmi Dəməşqi ittiham edib: "Suriyada yaşananlar beynəlxalq cəmiyyət üçün bir utancdır. Kimin terrorçu olduğunu bilirik".
Davudoğlunun sözlərinə görə, Suriyada 5 milyon terrorçu var.