Baş nazir Rəcəb Tayyip Ərdoğanı ittiham edərək nazir vəzifəsindən istefa verdiyini açıqlayan sabiq ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın istefa vermədiyi məlum olub. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Yayılan məlumatda o da qeyd olunur ki, nazir Ərdoğanın sərəncamı ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Türkiyədə bir neçə nazir rüşvət və korrupsiya qalmaqalına görə vəzifələri ilə vidalaşıblar.