Adı korrupsiya qalmaqalında hallanan daxili işlər naziri Müəmmər Gülərin oğlunun vəkili Kamil Şirin müvəkkilinə qarşı irləi sürülən ittihamlarla bağlı açıqlama verib.
Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, Kamil Şirin səs yazıları ilə bağlı bildirib ki, bu məsələnin hüquq əsası yoxdur və ictimaiyyətdə saxta rəy yaradılıb: « 2013-cü il oktyabrın 26-ı tarixli nazirlə müvəkkilim telefon danışığında alt yazılarda «pulun hamısını aldınmı?» və «dəftərini qoyacağam o r…» kimi yalan bir neçə ifadələr yapışdırılıb. Bunlar gerçək deyil. Bu yalanları yayan və yapışdıran hər kəs barəsində cinayət iddiası qaldıracağıq».
Vəkil bu sayaq xəbərlərin KİV-də yayılması ictimai rəyin fərqli yönə istiqamətlənməsinə xidmət etdiyini vurğulayıb.