Nazir oğlunu tutan POLİS RƏİSİ VƏZİFƏSİNİ İTİRDİ
18 yanvar 2014 15:10 (UTC +04:00)

Nazir oğlunu tutan POLİS RƏİSİ VƏZİFƏSİNİ İTİRDİ

Türkiyədə nazir oğlunu həbs edən əmniyyət müdirinin vəzifəsi ikinci dəfə dəyişdirilib. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, ümumilikdə 77 polis müdirinin yeri dəyişdirilib. Onlardan bəzilərinin vəzifələri "17 dekabr  əməliyyatı"ndan sonra ikinci dəfə dəyişdirilir. Əməliyyat daxilində tutulan İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayanı həbs edən qrupun rəhbəri və əməliyyatdan sonra dərhal vəzifəsi dəyişdirilən mütəşəkkil minayətlər möbəsinin müdiri Şamil Kaya ikinci dəfə vəzifəsindən alınıb. O, kardlar üzrə şöbə müdiri təyin olunub ki, bu vəzifə polisdə ciddi vəzifə sayılmır.

Dəyişikliklər nəticəsində Ankara Əmniyəti "17 dekabr əməliyyatı"ndan sonra bütünlüklə yenilənmiş olub.

 

Efkan Alanın Daxili İşlər naziri olmasından sonra həyata keçirilən vəzifə dəyişiklikləri iqtidarın Ankarada etibar etdiyi bir əmniyyət bürokratiyasi yaratmaq istəyi olaraq izah olunur.

 

24 rayonu olan Ankarada bütün rayon polis rəislərinin vəzifələri dəyişdirilib.

 

Ankara Əmniyyətində ən böyük vəzifədən alınma ötən həftə baş tutub və 80-ə yaxın rütbəli şəxs olmaqla, toplam 609 şəxsin yeri dəyişdirilmişdi. Qarşıdakı günlərdə çoxu məmur olmaqla vəzifə dəyişikliklərinin davam etdiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4751
avatar

Oxşar yazılar